Bakıda qadın sürücü 87 yaşlı kişini vuraraq öldürüb.
Kriminal.Az "Report"a istinadla xəbər verir ki, 1996-cı il təvəllüdlü Şəhla Rəfail qızı Qulamova idarə etdiyi özünə məxsus BAİC markalı avtomobillə Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisinə hərəkətdə olan zaman piyada 1938-ci il təvəllüdlü Nadir İmaməli oğlu Kərimovu vurub.
Piyada aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb.
Fakta bağlı cinayət işi başlanılıb.