kriminal.az
Kahramanmaraşın bələdiyyə sədri:

Kahramanmaraşda "Azərbaycan Məhəlləsi" yeni dizaynda qurulur.

Kriminal.Az xəbər verir ki, bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Kahramanmaraş bələdiyyəsinin sədri Fırat Görgel bildirib.

Bələdiyyə sədri deyib ki, bu layihə Azərbaycan hökumətinin dəstəyi ilə icra olunur.

"6 fevral 2023-cü ildə episentri Kahramanmaraş olan zəlzələdən sonra dağıntıya məruz qalan bu yaşayış massivində Azərbaycan və Türkiyə hökumətlərinin birgə fəaliyyəti nəticəsində geniş quruculuq işləri aparılır. Heydər Əliyev adına məktəbin sentyabr ayında ölkələrimizin təhsil nazirlərinin iştirakı ilə yüksək səviyyədə açılışı oldu. Beynəlxalq standartlar çərçivəsində qurulan "Azərbaycan Məhəlləsi"nin də açılışının yüksək səviyyədə olacağını planlaşdırırıq".

Top
0.049695014953613