kriminal.az
76 yaşlı kişi intihar edib: Yaxınları onu asılmış vəziyyətdə tapıb

Daşkəsən rayonunda 76 yaşlı kişi intihar edib.

Kriminal.Az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə rayonun Zilvan kəndində baş verib.

1949-cu il təvəllüdlü kənd sakini İsmayılov Zahid Əmir oğlu özünü asaraq intihar edib. Yaxınları onu asılmış vəziyyətdə tapıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda araşdırma başlayıb.

Top
0.053066968917847