Azərbaycanın "Avroviziya-2025" təmsilçisi müəyyənləşib.
Kriminal.Az xəbər verir ki, bu barədə İTV məlumat yayıb.
Bildirilib ki, ölkəmizi Bazel şəhərində keçirilməsi planlaşdırılan layihədə "Mamagama" qrupu təmsil edəcək.
Qrupun solisti Safael və digər üzvləri müsabiqədə çıxış edəcəklər.
Qeyd edək ki, "Mamagama" 2023-cü ildə də müsabiqə üçün namizəd olmuşdu. Daha əvvəl qrup Safael və rusəsilli Roma Zeedən (Roman Zilianev) ibarət olub. Onlar Albaniyada keçirilən 23-cü "Kenga Magjike" festivalında ölkəmizi təmsil edərək"Best New International Artist" kateqoriyası üzrə qalib olublar.
"Avroviziya" üçün müraciət zamanı isə qrupun tərkibində dəyişiklik edilib.
Azərbaycanın "Avroviziya-2025" təmsilçisi AÇIQLANDI