kriminal.az
Bakıda oğlan sevgilisini şantaj etdi: Polisdən ƏMƏLİYYAT

Bakıda gənc qız şantaj olunub.

Kriminal.Az xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib.

Belə ki, 21 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkilləri yayacağı ilə hədə-qorxu gəldiyini və ondan 1200 manat pul tələb etdiyini bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Ü.İbrahimov müəyyən olunaraq saxlanılıb. Ü.İbrahimovun zərərçəkənin sevgilisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Top
0.046161890029907