kriminal.az
Bakı metrosunda qəribə OLAY: Vaqon və sərnişinlər İSLANDILAR

Bakı Metropolitenində qatarlardan birində su sızması baş verib.

Kriminal.Az xəbər verir ki, bu barədə görüntülər Baku.ws-in qaynar xəttinə daxil olub.

Bildirilib ki, bu gün saat 14:30-da metronun "Dərnəgül" stansiyası istiqamətində hərəkət edən qatarlardan birində müşahidə kamerasından vaqona su tökülməyə başlayıb. Axan su sərnişinləri narahat edib.

Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Sözügedən görüntüləri təqdim edirik:

Bakı metrosunda qəribə OLAY: Vaqon və sərnişinlər İSLANDILAR

Məsələ ilə bağlı Kriminal.Az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, sözügedən məsələ dərhal nəzarətə götürülüb.

O qeyd edib ki, operativ tədbirlər üçün müvafiq tapşırıq verilib:

"İctimaiyyətə bununla bağlı əlavə məlumat təqdim olunacaq".

Aygün Mirakif

Top
0.054724931716919