Yeddi yaşlı Səmədin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Kriminal.Az-a onun anası Gülnarə Mustafayeva məlumat verib.
O bildirib ki, övladı anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkir:
"Səmədin yeddi yaşı var, o, anadangəlmə böyrək çatmışmazlığından əziyyət çəkir. Normal sidiyə gedə bilmir. Doğulan gündən, demək olar ki, elə müalicələrdəyik. Özümüz Şəkidə yaşayırıq, hər iki-üç aydan bir Bakıya Səmədi müayinələrə gətirirəm".
Gülnarə Mustafayeva övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Mənim Səməddən başqa iki övladım da var. Uşaqların atası ilə ayrılmışıq, heç bir dəstəyi yoxdur uşaqlara. Hazırda Səmədin müayinəsi və müalicəsi üçün 1 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".
Ailə ilə əlaqə: (055) 858-28-76.
"Kapıtal Bank": 4169 7388 9535 5810.