kriminal.az
Hindistanın qırıcısı qəzaya uğradı

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "Mirage 2000" qırıcısı planlaşdırılmış təlim uçuşu zamanı qəzaya uğrayıb.

Kriminal.Az ANI agentliyinə istinadla xəbər verir ki, hadisə Madhya-Pradeş ştatında baş verib.

Pilot katapult edərək sağ qalıb. Qəza yerindən yayılmış videoda təyyarənin hissələrinin yandığı, tüstü burumlarının qalxdığı görünür.

Qəzanın səbəbi araşdırılır.

Top
0.046313047409058