Fatimə, Sahib və Dilarə Sultanovların yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Kriminal.Az-a onun anası Nərgiz Sultanova deyib.
O bildirib ki, övladları serebral iflic və autizm xəstəliklərindən əziyyət çəkirlər:
"Fatimənin 15, Sahibin 13, Dilarənin isə 10 yaşı var. Fatimə anadangəlmə serebral iflic, Sahib autizm və bel yırtığı, Dilarə autizm və serebral iflic xəstəliklərindən əziyyət çəkirlər. Sahib saytın izləyicilərinin dəstəyi ilə əməliyyat olundu. İndi vəziyyəti stabildir. Fatimə isə müayinəyə getməlidir, bunun üçün də 500 manata ehtiyacımız var".
Nərgiz Sultanova yardımsevər şəxslərə səslənib:
"Mən iki dəfə ağır əməliyyat keçirmişəm, uşaqlara tək baxa bilmirəm. Buna görə də yoldaşım daimi iş tapıb işləyə bilmir. Gündəlik işlərə gedir. Uşaqlara tək baxmağa, inanın, gücüm çatmır. Uşaqların pensiyası ilə birtəhər dolanırıq. Üç ağır xəstəliyi olan uşaqla yaşamaq çox çətindir. Qaza 108 manat borcumuz var. Ona görə də qazımızı da kəsiblər. Uşaqlar soyuqda qalıblar, üşüyürlər".
Ailə ilə əlaqə: (070) 302-95-48.
Kapital Bank: 4169 7388 8539 5032.