kriminal.az
Moldovanın keçmiş prezidenti İqor Dodonun qardaşı istintaq təcridxanasından azad edilib

Moldovada qanunsuz varlanma ilə bağlı səs-küylü işdə gözlənilməz dönüş baş verib. Belə ki, ölkənin keçmiş prezidenti İqor Dodonun qardaşı Aleksandr Dodon cinayətdə iştirakda ittiham olunduğu istintaq təcridxanasından azad edilib.

Kriminal.Az-ın məlumatına görə, bu barədə Korrupsiyaya qarşı Mübarizə Prokurorluğunun Mətbuat Xidməti "Facebook"da məlumat yayıb.

Bildirilib ki, Aleksandr Dodon təxminən 2 ay ölkəni tərk edə bilməz.

"O azad edilib. Preventiv tədbir kimi 60 gün ərzində ölkəni tərk etmək qadağası seçilib", - deyə məlumatda qeyd olunub.

Top
0.050808191299438