kriminal.az
İranda avtobus qəzaya uğradı: Ölənlər və onlarla yaralanan var

İranda Sirç-Kerman avtomobil yolunda tələbə qızları daşıyan mikroavtobus aşıb, ən azı altı nəfər ölüb.

Kriminal.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə İranın Kerman əyalətinin Fövqəladə Hallar Xidməti məlumat verib.

Kermanın təcili yardım şöbəsinin rəhbəri bildirib ki, mikroavtobusda 40 nəfər olub.

Onlardan 15 nəfəri ağır yaralanıb, vəziyyətləri kritik hesab olunur.

Top
0.062883853912354