Hacıqabulda qatarda yanğın olub, 4 nəfər tüstüdən zəhərlənib.
Kriminal.Az "Report"a istinadən məlumat verir ki, hadisə rayon ərazisindən keçən qatarların birində qeydə alınıb.
İlkin məlumata görə, qatarın kömür qutularının qızışması zamanı tüstü ilə müşahidə olunan yanğın baş verib. Yanğın dərhal söndürülsə də, dörd nəfər Hacıqabul sakini, 2000-ci il təvəllüdlü İlqar Mərhəmət oğlu Yaqubov, 1987-ci il təvəllüdlü Emin Bəxtiyar oğlu Həsənov, 1995-ci il təvəllüdlü Əkbər Teymur oğlu Əkbərov və 1972-ci il təvəllüdlü Mübariz Xanbaba oğlu Qədirov tüstüdən zəhərləniblər.
Zərərçəkənlər Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.