Rusiyanın Moskva vilayətində qəribə hadisə baş verib. Üzərində üst paltarı olmayan körpə sürünərək maşın yoluna çıxıb.
Bu barədə Kriminal.Az Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hadisə Staro-Ryazanskoye yolunun Stanovoye kəndi yaxınlığında baş verib. Avtomobili ilə hərəkətdə olan sürücü yolun kənarında sürünən uşaq görüb.
Körpənin nənəsi tərəfindən baxılan 11 aylıq qız uşağı olduğu məlum olub. 10 dəqiqə sonra qızcığazın nənəsi kişiyə yaxınlaşıb, lakin o, uşağı nənəsinə verməyib, polisi gözləyib. Bildirilir ki, bir müddət sonra qızcığazın anası sürücüyə zəng edib və uşağı xilas etdiyinə, həmçinin nənəsinə vermədiyinə görə təşəkkür edib.
Körpə xəstəxanaya yerləşdirilib. Həkimlər ona bütün lazımi köməklik göstəriblər və hazırda uşağın vəziyyəti yaxşıdır.
Hadisə ilə bağlı uşaqların təhlükə altına atılması və onlara qarşı sərt rəftar faktı üzrə cinayət işi açılıb.