Yazıçı Coan Roulinq ABŞ Prezidenti Donald Trampın transgenderlərin qadın idmanında iştirakını qadağan edən sərəncamını dəstəkləyib.
Kriminal.Az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O, sərəncamı imzalayarkən Trampın gənc idmançılarla çəkilən fotoşəklini də şərh edib.
"Qadınların hüquqlarının pozulması üçün kampaniya aparan hər bir solçunu təbrik edirəm. Siz olmasaydınız, belə şəkillər ortaya çıxmazdı", - Roulinq qeyd edib.
Bundan başqa, Trampın Beynəlxalq Olimpiya Komitəsinə (BOK) transgenderlərin Olimpiadada qadın idmanından uzaqlaşdırılması üçün müraciət edəcəyi bildirilib.
Congratulations to every single person on the left who’s been campaigning to destroy women’s and girls’ rights. Without you, there’d be no images like this. pic.twitter.com/mzR7l5k1OW
— J.K. Rowling (@jk_rowling) February 6, 2025