kriminal.az
Robot it Useyn Bolta meydan oxuyur

Çinli mühəndislərin hazırladıqları "Black Panther 2.0" adlı robot it 100 metr məsafəni 10 saniyədən az müddətə qət edərək robot texnologiyasında yeni cığır açır.

Kriminal.Az ABC qəzetinə istinadla xəbər verir ki, robot heparda bənzər oynaq quruluşuna malikdir və süni intellektlə dəstəklənir.

Öz nəticəsini mütəmadi olaraq yaxşılaşdıran bionik robot it dünyanın ən sürətli insanı olan sprinter Useyn Bolta meydan oxuyur. Robotun çəkisi 38 kq, hündürlüyü isə 63 sm-dir.

Qeyd edək ki, U.Bolt 100 metr məsafədə tarixin ən sürətli sprinteri sayılır. O, 100 metri 9.58 saniyəyə qət edərək dünya rekordunu müəyyənləşdirib.

Top
0.044380903244019