Argentina hökuməti 18 yaşından kiçik şəxslərin cinsiyyətin dəyişdirilməsi üzrə əməliyyat keçirmələrinə, eləcə də onlara hormonal terapiya təyin etməyə qadağan qoyan qərar qəbul edib.
Kriminal.Az "Associated Press" agentliyinə istinadla xəbər verir ki, bunu Argentinanın Prezident Administrasiyasının spikeri Manuel Adorni deyib: "Milli hökumət gender kimliyi haqqında qanunu dəyişmək və 18 yaşından kiçik uşaqlarda bədənin uyğunlaşdırılması üzrə hormonal müalicə və əməliyyatı qadağan etmək qərarına gəlib".
M.Adorni söyləyib ki, bu cür müdaxilə həm fiziki, həm də psixoloji sağlamlıq üçün ciddi risk törədir: "Bir çox halda prosedur və əməliyyatların nəticələri bərpa olunmaz olur".