kriminal.az
Azərbaycanda hərbi sahədə rüşvətalma və rüşvətvermə cinayətləri azalıb

"Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin, birgə səmərəli fəaliyyətin, o cümlədən görülmüş qabaqlayıcı tədbirlərin nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 2024-cü ilin eyni ayı ilə müqayisədə 2025-ci ilin yanvar ayında qeydə alınmış vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 341-ci maddəsi) 77.8% və rüşvətalma və rüşvətvermə cinayətləri (CM-in 311-ci və 312-ci maddələri) 31.6% azalıb".

Bu barədə Kriminal.Az-a Azərbaycan hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

Top
0.044983863830566