kriminal.az

Azərbaycanda məşhurlaşmış fırıldaqçılıq üsullarından biri olan ölkədəki nümayəndəsi 1998-ci il təvəllüdlü Orxan Babayev cinayət məsuliyyətinə cəlb edilib.

Kriminal.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, O.Babayev Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib.

Bildirilib ki, maliyyə piramidası "Poverbank biznesi"nə pul yatırmaq və bundan gündəlik qazanc əldə etmək vədi üzərində qurulub və buraya minlərlə insan qoşulub.

Cinayət işi üzrə isə 20-yə yaxın şəxs zərərçəkmiş qismində tanınıb. Onlara 256 min manatdan artıq zərər dəydiyi qeyd edilib.

Həmçinin məlum olub ki, Orxan Babayev onunla xaricdən əlaqə saxlayan "Cessika" və "Maria" adlı şəxslərlə əlbir olub. O, həyat yoldaşının adına 11 mobil nömrə alaraq həmin şəxslərə ötürüb. Xaricdəki şəxslər həmin mobil nömrələrlə "m10" mobil tətbiqində hesablar yaratmaqla pul qəbul etməyə başlayıblar. Beləliklə, milyonlarla manat bu yolla dövriyyədə olub. Daha sonra isə sistemin adminləri proqramı söndürərək bütün vəsaiti ələ keçiriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Babayevə 8 il həbs cəzası verilib.

Top
0.046291828155518