kriminal.az
Bir övladını itirən ana yardım diləyir:

Altı yaşlı Yağmurun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Kriminal.Az-a onun anası Səbinə Şirinova məlumat verib.

O bildirib ki, övladı ağır dərəcəli kifoz skaliozdan əziyyət çəkir:

"Yağmurun altı yaşı var. Artıq bir müddətdir ki, bu ağır xəstəlikdən müalicə alırıq. Xəstəliyin müalicəsi baha olduğu üçün, demək olar ki, artıq çatdırmırıq. Yağmurun ayaq korseti üçün 800 manat, reabilitasiyasını qarşılamaq üçün isə 1500 manata ehtiyacımız var".

Gənc ana digər övladını iki il öncə itirdiyini qeyd edib:

"Mənim Yağmurdan başqa bir övladım da var idi. İki yaşı olarkən onun leykozdan əziyyət çəkdiyini öyrəndik, uzun illər müalicə etsək də, övladımı həyatda saxlaya bilmədik. Onun müalicəsi zamanı evimizi və maşınımızı da satmışdıq. Övladımı itirəndən sonra uzun müddət özümə gələ bilmədim, elə bilirdim həyat mənim üçün bitib. Amma Yağmura görə yaşamağa davam etdim. Yağmura nəsə olsa, ağlımı itirərəm, yaşaya bilmərəm. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (077) 397-24-77.

Unibank: 5243 7544 4153 4102.

Top
0.048040151596069