İtaliya sahillərində, Aeolian adalarında 4,8 bal gücündə zəlzələ qeydə alınıb.
Kriminal.Az unionesarda.it-ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.
Episentri Alicudi və Filicudi adalarının arasında olan zəlzələnin ocağı 17 kilometr dərinlikdə yerləşib. Bölgədə ard-arda müxtəlif maqnitudalı 8 yeraltı təkan olub.
Zəlzələ İtaliyanın cənubundakı Siciliya adasında, o cümlədən Messina, Kataniya və Palermo şəhərlərində aydın hiss olunub, əhali arasında təşviş yaradıb. Dağıntı və insan tələfatı olmadığı bildirilir.