kriminal.az
Lənkəranda kişi arvadını bıçaqladı

Lənkəranda kişi həyat yoldaşını bıçaqlayıb.

Kriminal.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə fevralın 6-sı saat 1 radələrində rayonun Şilavar kəndində baş verib.

Belə ki, Ehtibar İbrahim oğlu Nəhmətov şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərindəki bıçaqla arvadı - 1978-ci il təvəllüdlü Təranə Qurbanəli qızı Nəhmətovanı vuraraq xəsarət yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Top
0.056888818740845