kriminal.az
İsrail qırıcıları HƏMAS-ın silah anbarını bombalayıb

Israil ordusu HƏMAS-ın hərbi obyektinə hava zərbəsi endirib.

Kriminal.Az xəbər verir ki, bu barədə İsrail müdafiə ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr HƏMAS-ın Suriyanın cənubunda yerləşən silah anbarına zərbələr endirib.

Xatırladaq ki, yanvarın 19-da İsraillə HƏMAS arasında altı həftəlik ilkin atəşkəs razılaşması əldə edilib.

Top
0.051708936691284