"Bizim Rusiya Federasiyası ilə diplomatik əlaqələrimiz yoxdur, Moskvanın Abxaziyanın və Sxinvali bölgəsinin qondarma müstəqilliyini tanıması səbəbindən diplomatik münasibətləri bərpa etmək üçün imkan yoxdur".
Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
O qeyd edib ki, Gürcüstan Rusiya ilə ticarət-iqtisadi əlaqələri saxlayır və praqmatik münasibətləri davam etdirməyi planlaşdırır. Ərazi bütövlüyü məsələsinə gəlincə, Kobaxidze qeyd edib ki, "sülhsüz həll qətiyyən mümkün deyil" və bu problemin sülh yolu ilə həllinə alternativ yoxdur.
Hökumət başçısı Gürcüstanın NATO-ya inteqrasiyasının ölkə gündəmində olmadığını da vurğulayıb.