ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya şahzadəsi Harrinin ölkədən deportasiya edilməsi ehtimalını istisna edib.
Kriminal.Az-ın məlumatına görə, bu barədə "The New York Post" məlumat yayıb.
"Bunu etmək istəmirəm. Onu rahat buraxacağam. Onun artıq arvadı ilə kifayət qədər problemi var. O qadın dəhşətlidir", - deyə Tramp bildirib.
Qeyd edək ki, 2020-ci ildə şahzadə Harri və onun amerikalı həyat yoldaşı Meqan Markl Böyük Britaniya kral ailəsinin üzvləri kimi fəaliyyətlərindən imtina edərək ABŞ-yə köçüblər.