11 yaşlı hematoloji xəstənin müavinəti dayandırılıb.
Kriminal.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Surə Məmmədzadənin valideyni Badisəba Məmmmədova iddia edir ki, qızına 2019-cu ildə leykoz diaqnozu qoyulub və 2 il müddətinə 1-ci qrup əlillik təyin edilib. Lakin ötən ilin sentyabrında təyin olunan həmin müavinət dayandırılıb.
Valideyn yaranan vəziyyətin övladının sağlamlıq durumuna və sosial rifahına ciddi təsir etdiyini vurğulayır. Qeyd edir ki, uşağın stasionar müalicə alması ilə bağlı aidiyyəti qurumun tələbi bu cür xəstələr üçün düzgün yanaşma deyil.
Valideynin şikayəti ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən "Xəzər Xəbər"ə bildirilib ki, uşağın hazırkı sağlamlıq vəziyyəti əlillik təyinatına əsas vermir.
Məsələ ilə bağlı Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib ki, tam klinik hematoloji remissiya dövründə olan hematoloji xəstələrin stasionar müalicəyə ehtiyacı olmur və onlar yalnız 5 il müddətində hematoloqun müşahidəsində olurlar.
Ətraflı süjetdə:
![](https://img.youtube.com/vi/mxbT2gkAULQ/sddefault.jpg)