kriminal.az
İsrail ordusu

İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus döyüş təyyarələri Livanın şərq, şimal və cənubunda yerüstü hədəflərə zərbələr endirib.

Kriminal.Az xəbər verir ki, bu barədə "Lebanon 24" xəbər portalı məlumat yayıb.

Qeyd olunur ki, təyyarələr "Hizbullah" hərəkatının mövqelərinə, yeraltı sığınacaqlarına və anbarlarına raket zərbələri endirib. Suriya ilə sərhədə yaxın gizli yeraltı tunelin aşkarlandığı dağlıq bölgədə hərəkatın bazası hədəf alınıb.

İsrail Müdafiə Ordusunun (SAXAL) verdiyi məlumata görə, HHQ Suriya ərazisindən Livana gedən və "Hizbullah" tərəfindən Bekaa vadisi ərazisində silah qaçaqmalçılığı üçün istifadə edilən yeraltı tunelə zərbə endirib. Hərbçilər daha əvvəl tunelə hücum etdiklərini və onun bərpasına və istifadəsinə mane olmaqda qərarlı olduqlarını vurğulayıblar.

Top
0.050337076187134