kriminal.az
Tramp Maskın Pentaqonun mənimsədiyi milyardları tapacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp sahibkar İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin Effektivliyi Agentliyinin (DOGE) Pentaqona xərclənən milyardlarla dolları üzə çıxaracağına ümid edir.

Kriminal.Az xəbər verir ki, o, müvafiq açıqlamanı "Fox News"a müsahibəsində bildirib.

"Gəlin ordumuzu yoxlayaq ki, fırıldaqçılıq və sui-istifadə nəticəsində israf edilmiş və itirilmiş milyardlarla, yüzlərlə milyard dollarları tapaq. Xalq məni bunu icra etmək üçün seçib", -deyə o bildirib.

O, agentliyin işində Maska güvəndiyini vurğulayıb.

"Mən Maskdan bunu etməsini xahiş etdim. Sonra ondan xahiş edəcəm ki, çox tezliklə, bəlkə də 24 saatdan sonra təhsil sahəsini yoxlamağa başlasın. O, eyni problemləri aşkar edəcək", - Tramp əlavə edib.

Top
0.048017978668213