"Yeni dünya nizamı yaradılarkən İslam aləminin maraqları nəzərə alınmalıdır".
Kriminal.Az-ın "TRT Haber"ə istinadla verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyanın paytaxtı Kuala-Lumpurda çıxışı zamanı bəyan edib.
O, mövcud dünya sisteminin islahatına çağırıb.
"Ədalət olmayan yerdə sülh, əmin-amanlıq və bəşəriyyətin inkişafı ola bilməz. İki milyarddan çox əhalisi olan İslam dünyasının təmsil olunmadığı sistem ədalətli ola bilməz", - deyə dövlət başçısı vurğulayıb.
Ərdoğan iqtisadiyyat, diplomatiya, ticarət, təhlükəsizlik problemlərinin həlli üçün yeni anlayış və yeni dünya nizamına ehtiyac olduğunu qeyd edib.
"Ədalətli, birgə və etimada əsaslanan sistemin qurulması seçim deyil, zərurətdir", - deyə Türkiyə lideri bəyan edib.