2022-ci ilin may ayında Zaqatala rayonu ərazisində itkin düşmüş 1993-cü il təvəllüdlü Hindistan Respublikası vətəndaşı Manikanth Kondaveetin qalıqları tapılıb.
Kriminal.Az-ın əldə etdiyi məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ona məxsus olması ehtimal edilən meyitin qalıqları, ona məxsus çanta, bank kartları, mobil telefon və digər əşyalar rayonun Car kəndi yaxınlığında Şamilovka meşə massivində aşkar edilib.
Meyiti qalıqları və tapılan əşyalar müvafiq ekspertizalar keçirilməsi üçün aidiyəti üzrə Zaqatala Rayon Prokurorluğuna təqdim olunub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qardaşı Kondaveeti tapana 10 milyon rubl (təxminən 192 min manat) bəxşiş vəd etmişdi.
Samir İsayev