Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Kriminal.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlər nəticəsində rayon ərazisindən dörd qumbara, iki "Kalaşnikov" avtomatı, xeyli sayda patron tapılaraq götürülüb.
Həmçinin vətəndaşlardan müvafiq sənədləri olmayan 14 ov tüfəngi təhvil alınıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.