kriminal.az
Kremldən Zelenskinin Rusiya ilə ərazi mübadiləsinə dair bəyanatına SƏRT REAKSİYA

"Rusiya heç vaxt öz ərazilərinin mübadiləsi məsələsini müzakirə etməyib və müzakirə etməyəcək, bu, mümkün deyil".

Kriminal.Az-ın "RTVI.com" nəşrinə istinadən xəbərinə görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə nı şərh edərkən deyib.

Peskovun sözlərinə görə, Ukrayna silahlı birləşmələri Rusiya ərazisindən çıxarılacaq.

"Onlar məhv ediləcək, qovulacaqlar", - deyə Kreml sözçüsü qeyd edib.

Xatırladaq ki, bir gün əvvəl Volodimir Zelenski "The Guardian" qəzetinə müsahibəsində Kiyevin Moskva ilə sülh danışıqları çərçivəsində Ukrayna Silahlı Qüvvələri tərəfindən Kursk vilayətində ələ keçirilən əraziləri Rusiya Silahlı Qüvvələrinin işğal etdiyi torpaqlara dəyişməyi planlaşdırdığı barədə bəyanat verib.

Eyni zamanda Zelenski vurğulayıb ki, Ukraynanın bunun müqabilində konkret hansı ərazini tələb edəcəyini hələlik bilmir. Ukrayna prezidentinin sözlərinə görə, Kursk vilayətinin dəyişdirilməsi variantı ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukraynanı danışıqlar masası arxasına oturtmağa nail olacağı təqdirdə mümkün olacaq.

Top
0.049593925476074