kriminal.az
Gənc ana övladları üçün yardım istəyir:

On yaşlı Yusifin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Kriminal.Az-a onun anası Günel Əsgərova məlumat verib.

O bildirib ki, övladı anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir:

"Bir il öncə torpağımı sataraq onu İrana müalicəyə apardım. Həkim orada Yusifin başına maye yığıldığını və təcili əməliyyata ehtiyacı olduğunu dedi. Biz ötən ilin oktyabr ayında yenidən İrana gedərək onun əməliyyatını etdirdik. Hazırda həkimlər Yusifin başına yenidən maye yığıldığını deyirlər. Bu, Yusifin görməsinə də ciddi əngəl törədir. Müalicələri vaxtında etməsək, Yusif görmə qabiliyyətini tamamilə itirə bilər. Sizin saytın izləyicilərinin dəstəyi ilə onun müalicələrini edə bilirik".

Günel Əsgərova övladlarına təkbaşına baxdığını deyib:

"Mənim Yusifdən əlavə iki övladım da var. Onların atası illər əvvəl bizdən ayrılıb, özünə yeni həyat qurub. Övladları ilə maraqlanmır, heç bir dəstəyi də yoxdur. Özüm ikinci qrup əliləm, bir qolum işləmir. Buna görə də iş tapıb işləyə bilmirəm. İnanın, bir həftədir uşaqların üçü də 40 dərəcə hərarətlə evdə yatırlar. Ürəkləri meyvə istəyir, onu belə ala bilmirəm. Apteklərdən borca dərman alıb onları sağaltmağa çalışıram. Üzümü xalqıma tutub onlardan balalarıma dəstək olmaqlarını xahiş edirəm. İnanın, elə çıxılmaz vəziyyətdəyəm ki, ağlımı tamamilə itirmişəm".

Ailə ilə əlaqə: (051) 819-60-21.

Kapital Bank: 4169 7388 9040 8358.

Top
0.048005104064941