Ermənistan Müdafiə Nazirliyinin Hərbi-tibbi təminat idarəsinin rəisi Geqam Paşikyanın başçılıq etdiyi nümayəndə heyəti bu günlərdə Almaniyanın Hönfels şəhərində yerləşən ABŞ hərbi bazasında olub.
Kriminal.Az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Hönfels şəhərində keçirilən "Combined Resolve 2025" hərbi təlimlərində Ermənistan Müdafiə Nazirliyinin Hərbi-tibbi təminat idarəsinin səyyar hospitalından savayı, nazirliyin hərbi polisinin xüsusi batalyonunun şəxsi heyətindən ibarət də bölmə iştirak edir.
Nümayəndə heyəti təlimlərin gedişatını izləyib.