kriminal.az
Çinin

Çinin Şanxay şəhərində yerləşən 33 mərtəbəli hotel çılğın memarlığı ilə potensial qonaqları özündən uzaqlaşdırır.

Kriminal.Az "Sözcü" qəzetinə istinadla xəbər verir ki, hotelin videosuna baxanlarda hündürlük qorxusu birə-beş artır.

Belə ki, hotel hündürlüyü 420 metr olan 88 mərtəbəli "Tsin Mao" qülləsində yerləşir. Hotel qüllənin 53-cü və 87-ci mərtəbələri arasında fəaliyyət göstərir.

Hotelin atriumu (bina ilə əhatə olunmuş açıq hava və ya üstü örtülmüş böyük məkan - red) 56-cı mərtəbədən yüksələrək 115 metrə çatır.

Atriumun ətrafında 548 otaq və 28 dəhliz var. Sosial şəbəkə istifadəçiləri ona həm heyranlıqlarını bildirirlər, həm də çox qorxduqlarını gizlətmirlər.

Top
0.056994915008545