kriminal.az
İqtisadiyyat naziri:

"Vergi siyasəti iqtisadi səmərəliliyə böyük təsir göstərir. Vergilər iqtisadi tənzimləmələr, sosial bərabərsizliyin azaldılması və ümumi iqtisadi inkişafın təşviqində mühüm rol oynayır".

Kriminal.Az xəbər verir ki, bu fikirləri "VERGİ XİDMƏTİ - 25: Davamlı inkişaf və effektiv transformasiya" Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, 2019-cu ildən vergi sistemində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində ciddi irəliləyişə nail olunub:

"Əmək bazarında təşviq mexanizminə əsaslanan vergi islahatlarının nəticələri ABŞ-nin nüfuzlu Harvard Universitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirilib. Universitet tərəfindən aparılan təhlillər də göstərir ki, islahatlar iqtisadiyyatın "ağardılması", bizneslərin leqallaşması baxımından səmərəli olub, eyni zamanda qeyri-neft sektorunda iqtisadi aktivliyi stimullaşdırıb. Azərbaycan eyni məsələlərlə qarşılaşan digər ölkələr üçün uğurlu nümunə hesab edilib".

Məhərrəm Əliyev

Top
0.047734975814819