kriminal.az
Bakıda şagirdi təkləyib döydülər: Polis yayılan görüntüləri ARAŞDIRIR

"Sosial şəbəkələrdə bir qrup yeniyetmə arasında baş verən insidenti özündə əks etdirən görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır".

Bu barədə Kriminal.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

Bakıda məktəblinin bullinqə məruz qalması ilə bağlı görüntülər yayılıb.

Kriminal.Az xəbər verir ki, videoda paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 280 nömrəli orta məktəbə yaxın ərazidə bir qrup şagirdin əlbir olaraq digər şagirdə fiziki zorakılıq etdiyi görünür.

Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) sorğu ünvanlanıb.

Görüntüləri təqdim edirik:

Məhərrəm Əliyev

Top
0.051766872406006