Göygöl Rayon Polis Şöbəsinə rayon sakini G.Allahverdiyevanın kəsici-deşici alətlə qulaq nahiyəsindən dərəcəsi təyin edilməyən xəsarət alması barədə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Kriminal.Az-a bildirib.
Vurğulanıb ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir:
"Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs zərərçəkənin qulağını kəsməyib.
Münaqişə nəticəsində qulaq nahiyəsinə xəsarət yetirib.
Faktla bağlı əlavə məlumat veriləcək".