kriminal.az
İngiltərə Premyer Liqası:

İngiltərə Premyer Liqasında 25-ci turun matçları oynanılır.

Kriminal.Az xəbər verir ki, son çempion "Mançester Siti" öz meydanında "Nyukasl"ı qəbul edib.

Qarşılaşmanın qəhrəmanı "şəhərlilər"in yeni transferi Ömər Marmuş olub. Misirli het-trikə imza atmaqla meydan sahiblərinin qələbəsində böyük pay sahibi olub. Oyun qonaqların darmadağın edilməsi ilə yekunlaşıb - 4:0.

Bu nəticədən sonra Qvardiolanın yetirmələri yarış cədvəlində 44 xalla 4-cü pillədədir. "Nyukasl" isə ondan 3 xal geri qalmaqla 7-ci sırada qərar tutub.

Top
0.052370071411133