kriminal.az
Naxçıvan-Bakı və Bakı-Naxçıvan istiqamətində reyslər bərpa olunub

Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqaməti üzrə aviareyslərin həyata keçirilməsi bərpa olunub.

Bu barədə Kriminal.Az-a AZAL-dan məlumat verilib.

Məlumata görə, hazırda hər iki marşrut üzrə reyslər normal rejimdə həyata keçirilir.

"Naxçıvanda hava şəraiti yaxşılaşıb və reyslər artıq normal rejimdə həyata keçirilir", - məlumatda deyilir.

Bakı-Naxçıvan və Naxçıvan-Bakı reysində yubanmalar var.

Kriminal.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında dumanlı hava şəraiti qeydə alınıb.

Bununla əlaqədar, bu gün Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində uçan təyyarələrin hərəkətində gecikmələr yaranıb.

Top
0.055668115615845