kriminal.az
Neftçalada qadın öldürüldü: Əri şübhəli qismində saxlanıldı

Neftçala rayonunda qətl hadisəsi baş verib.

Kriminal.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qaraymanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1973-cü il təvəllüdlü Şəhla Telman qızı Tağıyeva ailə münaqişəsi zəminində əri tərəfindən çoxsaylı bıçaq zərbəsi alıb.

Yaralı qadın Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Top
0.058306932449341