kriminal.az
Mərdəkan yolunda QƏZA: Avtomobil dəmir maneəyə ÇIRPILDI

"Mərdəkan yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü həyatını itirib".

Bu məlumatı Kriminal.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli verib.

"Hadisə 16 fevral, saat 21:52-də Mərdəkan-Buzovna yolunun Qala qəsəbəsindən keçən ərazisində baş verib. Zərdab rayon sakini Sadiq Nurlan oğlu Mikayılov idarə etdiyi "Hyundai" markalı 77-FS-511 dövlət nömrə nişanlı avtomobili iki yol ayrıcında olan məlumat lövhəsinə çırpıb. Hadisə nəticəsində sürücü həyatını itirib", - deyə R.Əhmədli bildirib.

Əzizə İsmayılova

Bakıda Mərdəkan yolu istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

Kriminal.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

Belə ki, "Hyundai i30" markalı minik maşını yol kənarındakı dəmir maneəyə çırpılıb.

Hadisə şahidlərinin sözlərinə görə, avtomobili idarə edən sürücü 18 yaşında olub və aldığı zərbədən hadisə yerində dünyasını dəyişib.

Dərhal əraziyə polis əməkdaşları cəlb olunublar.

Həmin görüntüləri təqdim edirik:

Top
0.058425188064575