Şəki rayonunun Zunud kənd sakini Nigar Qarayevanın doğuşdan sonra ölüm səbəbi məlum olub.
Bu barədə Kriminal.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumatda qeyd olunub ki, 14 fevral tarixində 1998-ci il təvəllüdlü hamilə qadın Şəki Perinatal Mərkəzə müraciət edib:
"Ona "38 həftəlik hamiləlik, uşaqlıq üzərində iki çapıq" diaqnozu qoyulub və həmin gün saat 11:50-də cərrahi yolla doğuş prosesi icra olunub, sağlam körpə dünyaya gəlib.
Fevralın 15-də günorta saatlarında zahı qadının halı pisləşib, boğulmadan şikayət edib. Dərhal Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən zahı pasiyentə təxirəsalınmaz reanimasiyon yardımlar göstərilib. Həkimlərin çoxsaylı xilasetmə cəhdlərinə baxmayaraq, saat 14:15-də şəxsin ölüm faktı qeydə alınıb.
Meyit ekspertizaya göndərilib".
Məhərrəm Əliyev
Azərbaycanda gənc ana doğuşdan sonra ölüb.
Kriminal.Az xəbər verir ki, hadisə fevralın 15-i Şəkidə qeydə alınıb.
Belə ki, Şəki Regional Perinatal Mərkəzində Zunud kənd sakini 1998-ci il təvəllüdlü Nigar Kərəm qızı Qarayeva doğuşdan sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.