kriminal.az
Qış parkına aparan keçiddə problem: Uşaq arabası ilə getmək olmur

Qış parkının ətrafındakı keçiddən uşaq arabası ilə keçmək olmur. Mövcud olan eskalator sistemi isə çalışmır. Bu barədə Kriminal.Az-ın redaksiyasına vətəndaş müraciət edib.

Onun təqdim etdiyi videogörüntüdən aydın olur ki, səslənən iddia reallığı əks etdirir. Bəs görəsən, aidiyyəti qurum məsələdən agahdır?

@oxuaz

Qış parkına aparan keçiddə problem Uşaq arabası ilə getmək olmur

♬ Oxu.az Son Xəbərlər - orijinal ses - Oxu.az Son Xəbərlər

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Kriminal.Az-a açıqlamasında qeyd edib ki, Qış parkının aşağısındakı yeraltı dayanacaq təhvil alınan zaman orada bir sıra çatışmazlıqlar mövcud olub:

"Belə ki, təhvil zamanı lift və eskalatorlarda nöqsanların olduğu və işləmədiyi müəyyən edilib. Avtodayanacaqdakı lift və eskalatorların əsaslı təmiri nəzərdə tutulub".

Məhərrəm Əliyev

Top
0.05808687210083