Beyləqanda 5 yaşlı uşağın dərmandan zəhərlənərək ölməsi ilə bağlı bəzi detallar məlum olub.
Kriminal.Az ATV-yə istinadən məlumat verir ki, azyaşlı Dəniz Tahirli gecə saatlarında nəzarətsiz olan zaman nənəsinin qəbul etdiyi dərmanları udub:
"Bilmədən şəkər dərmanlarını yeyib. 15-20 dəqiqədən sonra evin kiçik uşağı deyib ki, bacısı şəkər dərmanı içdi. Valideynləri onu dərhal xəstəxanaya aparıblar. Bir az sona isə dünyasını dəyişib", - deyə azyaşlının qohumu bildirilib.
Ətraflı süjetdə:

Beyləqanda 5 yaşlı uşaq dərmandan zəhərlənərək ölüb.
Kriminal.Az "Report"a istinadən xəbər verir ki, 2020-ci il təvəllüdlü Dəniz Tahirli nəzarətsiz olduğundan anasına məxsus dərmanları udub.
Dəniz Tahirli Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırsa da, onun həyatını xilas etmək olmayıb.
Faktla bağlı araşdırma başlanıb.