kriminal.az

"BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlanır.

Kriminal.Az xəbər verir ki, bu barədə BBC-nin yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, şirkət Azərbaycan Xarici İşlər Nazirliyindən şifahi göstəriş aldıqdan sonra ölkədəki ofisini bağlamaq barədə qərar qəbul edib.

Qeyd edək ki, BBC-nin Azərbaycan dilində xidməti 1994-cü ildən bəri öncə radio dalğalarında, daha sonra onlayn fəaliyyət göstərib.

Xatırladaq ki, 2011-ci ildən etibarən "BBC Azərbaycanca" radio yayımlarını da dayandırıb.

Top
0.049751043319702