Argentina Prezidenti Xavyer Miley Konservativ Siyasi Fəaliyyət Konfransında ABŞ-nin Hökumətin Səmərəlilik Departamentinin (DOGE) rəhbəri İlon Maska motorlu qızıl mişar hədiyyə edib.
Kriminal.Az-ın verdiyi məlumata görə, bu barədə "PBS News Hour" xəbər yayıb.
"Bu, bürokratiya üçün mişardır!", - deyə Mask hədiyyəni alanda deyib.
Qırmızı rəngli mişarın üzərində Mileynin "Viva la libertad, carajo!" (ispan dilindən tərcümədə "Yaşasın azadlıq. Lənətə olsun!") şüarı həkk olunub.
Qeyd edək ki, Miley Vaşinqtonda keçirilən illik Konservativ Siyasi Fəaliyyət Konfransına (CPAC) qatılıb. Mask isə bu tədbirdə məruzəçi kimi iştirak edir.
Xatırladaq ki, Argentina Prezidenti 2023-cü il seçki kampaniyası zamanı motorlu mişardan istifadə edib, buna görə "mişarlı iqtisadçı" ləqəbini alıb. Mişar Argentinada iqtisadi islahatların simvoluna çevrilib - Miley bu alətlə dövlət büdcəsini "kəsib-doğrayaraq" xərcləri minimuma endirməyi, büdcə kəsirini aradan qaldırmağı və inflyasiyanı nəzarətə götürməyi hədəflədiyini deyib.