Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Kriminal.Az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev küçəsində qeydə alınıb.
Qeyd olunub ki, şaxtalı havada sürüşən avtomobil işıq dirəyinə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.
Əzizə İsmayılova