Bu gün Gəncə şəhərində qaz balonu partlayıb.
1958-ci il təvəllüdlü Rüstəm Abbasov və onun qardaşı, 1960-cı il təvəllüdlü Qasım Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Bu barədə Kriminal.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumatda qeyd olunub ki, saat 17 radələrində 2 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar:
"Onlara bədənin II dərəcəli termiki yanığı diaqnozu qoyulub. Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslərin müalicələri davam etdirilir".
Məhərrəm Əliyev