kriminal.az
Sumqayıt sakinlərinin sahibsiz it problemi:

Sumqayıt şəhərinin sakinləri küçələrdəki sahibsiz itlərin çoxluğundan narahatdırlar.

Bununla bağlı Kriminal.Az-a müraciət daxil olub.

Qeyd olunub ki, şəhərin Kamal Axundov küçəsində sahibsiz itlərin əlindən hərəkət etmək mümkünsüz olub.

"Burada itlərin əlindən çölə çıxmaq olmur. Uşaqları məktəbə qorxa-qorxa aparırıq. Getdiyin yerdə sürü ilə adama hücum çəkirlər. Dəfələrlə müraciət etsək də, səsimizə səs verən yoxdur", - deyə şikayətdə bildirilir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev Kriminal.Az-ın məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirdi ki, fakt araşdırılacaq və müvafiq tədbirlər görüləcək.

"Sumqayıt şəhərində sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sahibsiz itlərin peyvəndlənməsi işləri mütəmadi olaraq həyata keçirilir. Bu tədbirlər şəhər ərazisindəki heyvanların sağlamlığını qorumaq və insanların təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir.

Gələcəkdə sahibsiz itlər üçün sığınacaqların yaradılması və bu sahədə kompleks tədbirlərin görülməsi istiqamətində müvafiq layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd olunan fakt da araşdırılacaq və müvafiq tədbirlər görüləcək", - deyə E.Qocayev vurğulayıb.

Əzizə İsmayılova

Top
0.051112174987793