kriminal.az
Vəfat edən tanınmış professor məzarını öncədən alıbmış - Qızından AÇIQLAMA

Bu gün torpağa tapşırılan professor Nizaməddin Şəmsizadə Binəqədi qəsəbəsində yerləşən qəbiristanlıqda məzar yerini öncədən alıb.

Bu barədə Kriminal.Az-a onun qızı Ayfər Şəmsizadə məlumat verib.

O bildirib ki, atası öləcəyini sanki öncədən bilirdi:

"Bu gün saat 13:00-da Binəqədidə dəfn etdik. Özü sanki öncədən bilirdi. Özünə qəbiristanlıqda yer almışdı. Kənarlarını, ətrafını düzəltdirmişdi. Elə orada da dəfn edildi".

Aygün Mirakif

Top
0.051976919174194